Qırmızı dənizdə yeni gərginlik

144

Yəməndəki “Ənsar Allah” (Husilər) hərəkatı Qırmızı dənizdə İsrailə aid və ya İsraillə əlaqəli gəmiçiliyə qadağa tətbiq edəcəklərini bəyan edib.

Denizxeber.az bildirir ki, bu açıqlama regionda gərginliyin artdığı və Qırmızı dənizdə dəniz marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqların yenidən gücləndiyi bir dövrdə verilib.

Bəyanatda həmçinin husilərin İsrail hədəflərinə zərbə endirdiyi iddia olunub. Qruplaşma daha əvvəl də İsraillə əlaqəli gəmiləri, eləcə də İsrail limanlarına yönələn dəniz nəqliyyatını hədəfə alacağını açıqlamışdı.

Hadisələr Qırmızı dənizdə beynəlxalq gəmiçilik üçün risklərin davam etdiyini və bölgədə dəniz təhlükəsizliyinin daha da həssas mərhələyə keçdiyini göstərir.