Ümumdünya Okeanlar Günü

69

Hər il iyunun 8-də dünyada Ümumdünya Okeanlar Günü qeyd edilir. Bu tarix 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində irəli sürülmüş təşəbbüs əsasında formalaşıb.

Denizxeber.az bildirir ki, okeanlar Yer səthinin 70 faizindən çoxunu əhatə edir, planetdəki oksigenin ən azı 50 faizini istehsal edir və bir milyarddan çox insan üçün əsas qida mənbəyidir. Okeanlar həmçinin qlobal iqtisadiyyatın mühüm hissəsidir və 2030-cu ilədək okeanla bağlı sahələrdə 40 milyona yaxın insanın çalışacağı proqnozlaşdırılır.

2026-cı il Ümumdünya Okeanlar Gününün mövzusu “Yenidən düşün” şüarı altında keçirilir. BMT okeanların qorunması, çirklənmənin azaldılması və dəniz ekosistemlərinin gələcək nəsillər üçün saxlanılmasının vacibliyini vurğulayır.

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi, çirklənmə, həddindən artıq balıq ovu və sahil zonalarında artan insan fəaliyyəti okeanların dayanıqlılığı üçün əsas təhdidlər olaraq qalır. Buna görə də beynəlxalq əməkdaşlığın və elmi araşdırmaların gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.