22220 layihəsi üzrə atom buzqıranlarının tikinti dəyəri yenidən baxıla bilər

135

Rusiya Sənaye və Ticarət naziri Anton Alixanov bildirib ki, 22220 layihəsinə aid beşinci və altıncı atom buzqıranlarının tikinti dəyərinə yenidən baxılması zərurəti yaranıb və “Rosatom” bu gəmilərin maliyyələşdirilməsi üzərində işləyir.

Denizxeber.az bildirir ki, nazirin sözlərinə görə, hazırda əlavə maliyyələşdirmə variantları müzakirə olunur:

“Əlbəttə, maliyyələşmə ilə bağlı təkliflər var. Əlavə vəsait ayrılması və qiymətlərin yenidən hesablanması lazım olacaq. ‘Rosatom’ hazırda bunun üzərində işləyir. Maliyyə modeli nəqliyyat xidmətinin sifarişi əsasında qurulub. Burada əsas məsələ qiymət balansını qorumaqdır”, — deyə o bildirib.

Alixanov əlavə edib ki, Baltik zavodu səmərəlilik baxımından yaxşı işləyir və bəzi komponentlərdə inflyasiya olsa da, müəssisə qiymət artımının əsas səbəbkarı deyil.

Xatırladaq ki, iyunun əvvəlində Rusiya Prezidenti Vladimir Putin beşinci və altıncı seriyalı universal atom buzqıranlarının tikintisinin maliyyələşdirilməsini təmin etməyi və dövlət zəmanətlərinin verilməsi imkanını nəzərdən keçirməyi tapşırmışdı.