Rusiya elektrik gəmilərinə xarici maraq artıb — Sənaye və Ticarət Nazirliyi

120

Rusiya Sənaye və Ticarət naziri Anton Alixanov bildirib ki, Latın Amerikası ölkələri və Fars körfəzi regionu daxil olmaqla bir sıra dövlətlər Rusiya elektrik su nəqliyyatı texnologiyalarına maraq göstərir.

Denizxeber.az bildirir ki, onun sözlərinə görə, elektrik gəmilərinin istehsal həcminin artırılması və avtonom (idarəsiz) gəmiçilik texnologiyalarının inkişafı böyük potensiala malikdir.

“Xarici ölkələr, xüsusilə Latın Amerikası və Fars körfəzi ölkələri bu texnologiyalarla maraqlanır. Hazırda istehsalçımız BRICS daxil olmaqla bir sıra dövlətlərlə məsləhətləşmələr aparır”, — deyə nazir bildirib.

Alixanov əlavə edib ki, şirkətlər yalnız hazır gəmilərin ixracı ilə kifayətlənməyəcək, həm də dayanıqlı su nəqliyyatı üzrə kompleks layihələrdə və “yaşıl” dəniz texnologiyalarının tətbiqində iştirak edəcəklər.