Yaroslavl gəmiqayırma zavoduna Aleksandr Bereznikov rəhbərlik edəcək

135

Yaroslavl Gəmiqayırma Zavodunun yeni direktoru Aleksandr Bereznikov təyin olunub. Bundan əvvəl müəssisəyə rəhbərlik edən Yevgeni Norenko vəzifəsini tərk edib. Bu barədə Korporativ İnformasiyanın Açıqlanması Mərkəzinin yaydığı məlumatda bildirilir.

Denizxeber.az bildirir ki, Yevgeni Norenko 6 fevral 2025-ci ildən zavoda rəhbərlik edirdi. O, həmin vaxt İqor Novinkovu əvəz etmişdi.

PASC “Yaroslavl Gəmiqayırma Zavodu” müxtəlif mürəkkəblikdə gəmilərin və üzən vasitələrin inşası ilə məşğul olan iri Rusiya müəssisəsidir. Zavod 3400 tona qədər suyeridimli gəmilər istehsal edir və bu gəmilər keyfiyyət baxımından dünya standartlarına uyğun hesab olunur.

Volqa çayı sahilində yerləşən zavodun əlverişli coğrafi mövqeyi sayəsində inşa edilən gəmilər Baltik, Ağ, Qara, Azov və Xəzər dənizlərinə çıxış əldə edə bilir.