Hindistanlı dənizçilərin olduğu gəmidə insident

141

Oman sahilləri yaxınlığında üzən və göyərtəsində 24 Hindistan vətəndaşı olan “Motor Tanker Marivex” tankerinin hücuma məruz qaldığı iddia olunur.

Denizxeber.az bildirir ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində ötən ilin dekabrında “qara siyahı”ya salınmış tanker təhlükə siqnalı göndərərək göyərtədə yanğın baş verdiyini bildirib.

SOS siqnalında heyət üzvləri yanğının ABŞ Hərbi Dəniz Qüvvələrinin hücumu nəticəsində yarandığını və raketin gəminin maşın şöbəsinə düşdüyünü iddia ediblər.

Hindistanın “Forward Seamen’s Union of India” həmkarlar ittifaqının məlumatına əsasən, tankerdəki 24 heyət üzvünün hamısı Hindistan vətəndaşıdır və hazırda çətin vəziyyətdədir.

Palau bayrağı altında üzən gəminin qeydiyyatdan keçmiş sahibi olan “Arihant Shipping Inc.” şirkəti İranla əlaqəli fəaliyyətinə görə ABŞ sanksiyaları siyahısına daxil edilib.

Hadisə ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib.