Konteyner gəmisində qəza

69

Tanzaniya bayrağı altında üzən “Golden Star 1” konteyner gəmisi iyunun 5-də yerli vaxtla saat 22:30 radələrində İndoneziyanın Batam adasından təxminən 6 kilometr aralıda batıb.

Denizxeber.az bildirir ki, gəmi su qəbul etdikdən sonra batmağa başlayıb və nəticədə tamamilə suya qərq olub. Gəmidə olan doqquz ekipaj üzvünün hamısı İndoneziya sahil mühafizə qüvvələri tərəfindən təhlükəsiz şəkildə xilas edilib.

Sinqapur Dəniz və Liman İdarəsi (MPA) ərazidən keçən gəmilər üçün naviqasiya xəbərdarlığı yayıb. Gəmilərə həmin bölgədə hərəkət edərkən ehtiyatlı olmaları və dənizdə sürüklənən konteynerlər aşkar etdikləri halda bu barədə məlumat vermələri tövsiyə olunub.