İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvü olan 19 Azərbaycan vətəndaşı ölkəyə yola salınıb.
Denizxeber.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin şəxslərin 9 iyun tarixində günorta saatlarında Azərbaycana çatması gözlənilir.
Nazirliyin məlumatına görə, aparılan axtarış-xilasetmə tədbirləri zamanı 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun meyitləri aşkar edilib.
Eyni zamanda qeyd olunub ki, müvafiq prosedurlar yekunlaşdıqdan sonra daha dörd vətəndaşın cənazəsinin və Yeysk şəhərində qalan iki nəfərin yaxın günlərdə ölkəyə gətirilməsi nəzərdə tutulur.





