Faciə qurbanlarının nəşləri Azərbaycana çatdırıldı

60

İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu nəticəsində həyatını itirən Qismət Əliyev (1969-cu il təvəllüdlü) və Fuad Orucovun (1981-ci il təvəllüdlü) cənazələri Azərbaycana gətirilib.

Denizxeber.az bildirir ki, mərhumların nəşləri bu dəqiqələrdə Yalama Sərhəd-Keçid Məntəqəsindən ölkə ərazisinə keçirilib. Cənazələrin bu gün ailələrinə təhvil veriləcəyi və dəfn mərasimlərinin keçiriləcəyi bildirilir.

Qeyd edək ki, iyunun 5-də gecə saatlarında Azov dənizində “Natra” və “Zirkon” adlı iki yük gəmisinə dron hücumları nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə yaralanıb.

Hadisə zamanı sağ qalan 19 Azərbaycan vətəndaşı isə artıq ölkəyə gətirilib.