Neft tankeri Avropa istiqamətində

62

Təxminən 2 milyon barel İraq nefti daşıyan tanker Fars körfəzindən çıxaraq Avropaya doğru hərəkət edir.

Denizxeber.az bildirir ki, İraq enerji eksperti Nəbil əl-Marsuminin sözlərinə görə, bu daşınma cari ilin mart ayından bəri Fars körfəzi ölkələrindən həyata keçirilən ən böyük neft yüklərindən biridir.

Məlumata əsasən, Marşal Adaları bayrağı altında üzən tanker İraq neftini Avropa bazarına çatdırır. Ekspertlər bu hərəkəti regionda İran, ABŞ və İsrail arasında artan gərginlik fonunda diqqətəlayiq hadisə kimi qiymətləndirirlər.

Bildirilib ki, İraq neftini daşıyan digər bir tanker hazırda Madaqaskar sahilləri yaxınlığında yerləşir.

Məlumata görə, həmin yük əvvəlcədən İraqın cənubundakı Bəsrə şəhərində yüklənib və son həftələrdə beynəlxalq enerji daşımalarının təhlükəsizlik riskləri fonunda diqqət mərkəzinə düşüb.