Zirə Port MMC-də gecə saatlarında fasiləsiz həyata keçirilən yük aşırma işləri çərçivəsində növbəti yük partiyasının – koks və kükürd məhsullarının qəbulu uğurla başa çatdırılıb.
Denizxeber.az bildirir ki, liman rəhbərliyi tərəfindən beynəlxalq yük daşımalarında təhlükəsizlik, operativlik və səmərəlilik prinsiplərinə xüsusi önəm verildiyi bildirilib. Bu məqsədlə yük aşırma və emal prosesləri 24/7 rejimində fasiləsiz şəkildə həyata keçirilir.
Zirə Port müasir infrastruktur və peşəkar xidmət imkanları hesabına müştərilərinə etibarlı, sürətli və yüksək keyfiyyətli logistika xidmətləri təqdim etməyə davam edir.
Qeyd edək ki, liman müxtəlif növ yüklərin qəbulu, saxlanılması və daşınması sahəsində fəaliyyətini genişləndirərək regionun mühüm logistika mərkəzlərindən biri kimi mövqeyini gücləndirir.








