Zaqatalada vida: Məhəmməd Əliyev dəfn edildi – FOTO

71

Azov dənizində yük gəmisinə dron hücumu nəticəsində həlak olan kapitan köməkçisi Məhəmməd İlham oğlu Əliyev dəfn olunub.

Denizxeber.az APA-ya istinadən xəbər verir ki, 29 yaşlı Məhəmməd Əliyevin nəşi doğulduğu Zaqatala rayonunun Aşağı Tala kəndinə gətirilib.

Onunla vida mərasimi keçirilib.

Vida mərasimindən sonra M.Əliyev doğulduğu kəndin qəbiristanlığında dəfn edilib.