Britaniyadan La-Manşda tanker əməliyyatı

84

Böyük Britaniyanın silahlı qüvvələri səhər saatlarında La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” aid olduğu bildirilən neft tankerini saxlayıb.

Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer açıqlama verib.

Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, təxminən 6 saat davam edən əməliyyata Kral Dəniz Piyadalarının xüsusi əməliyyat qrupları, Milli Cinayət Agentliyinin əməkdaşları və Kral Hərbi Hava Qüvvələri (RAF) cəlb olunub.

“Smyrtos” adlı tankerə çıxış təmin edilib və araşdırmalar başa çatana qədər gəminin İngiltərənin cənub sahilləri yaxınlığında nəzarət altında saxlanacağı bildirilib.

Baş nazir Kir Starmer əməliyyatı Rusiyaya qarşı sanksiya siyasəti çərçivəsində “ciddi addım” kimi qiymətləndirib.

Qeyd olunur ki, Böyük Britaniya əvvəllər də sanksiyalara məruz qalan yüzlərlə gəmi ilə bağlı tədbirlər görüb və “kölgə donanması”na qarşı nəzarəti gücləndirib.