Oman sahillərində gəmi batdı

65

Hindistan bayrağı altında üzən “Virat 1” (MSV) yelkənli gəmisi Oman sahillərində, Ras əl-Hadddan təxminən 80 dəniz mili şərqdə batıb.

Denizxeber.az bildirir ki, gəmidə 14 Hindistan vətəndaşı olub.

Hadisə zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8” patrul təyyarəsi əməliyyata cəlb olunub və hava vasitəsilə xilasedici sal atılaraq ekipajın təxliyəsi təmin edilib. Eyni zamanda yaxınlıqda olan Sent-Kits və Nevis bayraqlı “MV Jabal Ali 9” ticarət gəmisinin iştirakı ilə xilasetmə koordinasiyası həyata keçirilib.

Məlumata görə, gəmidə olan bütün şəxslər vaxtında təxliyə olunaraq xilas edilib. İlkin ehtimala əsasən, batma hadisəsinə texniki nasazlıq səbəb olub.

Hadisə ilə bağlı araşdırma davam edir.