Su polisi əməliyyat keçirdi

248

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə keçirdikləri növbəti tədbir zamanı Xəzər dənizində qanunsuz balıq ovu faktı aşkar ediblər.

Denizxeber.az bildirir ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakini, 57 yaşlı N.Əliyev Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qanunsuz olaraq balıq ovu ilə məşğul olub.

Yoxlama zamanı ondan balıq ovu üçün istifadə olunan avadanlıqlar — 2 ədəd tilovlu qarmaq, sintetik tor, “Yamaha-25” mühərrikli qayıq, eləcə də ümumi çəkisi 31 kiloqram olan 35 ədəd kütüm balığı aşkar edilərək götürülüb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.