Fransanın aviadaşıyıcısı geri dönür

100

Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus “Şarl de Qoll” təyyarədaşıyan gəmisi yaxın günlərdə Ərəbistan dənizindəki missiyasını başa vuraraq planlı təmir üçün Tulon limanına qayıdacaq.

Denizxeber.az bildirir ki, bu qərar əvvəlcədən planlaşdırılmış qrafikə əsaslanır və iyul ayında nəzərdə tutulan texniki baxışla bağlıdır. Gəminin Yaxın Şərq bölgəsinə göndərilməsi də həmin plan çərçivəsində razılaşdırılmışdı.

Qeyd olunur ki, “Şarl de Qoll” yanvarın 27-də Tulon limanından çıxaraq əvvəlcə Baltik dənizində keçirilən “Orion” hərbi təlimlərində iştirak edib. Daha sonra isə əməliyyat marşrutu Şərqi Aralıq dənizi və Ərəbistan dənizi istiqamətində davam etdirilib.

Məlumata əsasən, bölgədəki gərginlik və Hörmüz boğazı ətrafında yaranan vəziyyət də əməliyyat planlamalarına təsir göstərib.

Gəminin yaxın günlərdə Fransaya qayıdaraq planlı texniki xidmətə daxil olacağı bildirilir.