İnsan hüquqları mövzusu müzakirə olundu – FOTO

103

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) maarifləndirici seminar keçirilib.

Denizxeber.az bildirir ki, seminarın əsas məqsədi tələbələrin hüquqi biliklərinin artırılması, insan hüquq və azadlıqlarının təşviqi, eləcə də gənclərdə hüquqi şüurun və vətəndaşlıq məsuliyyətinin formalaşdırılması olub.

ADDA-nın “Gəmi mexanikası və elektromexanikası” fakültəsi ilə “Humanitar fənlər” kafedrasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə professor-müəllim heyəti, inzibati əməkdaşlar və tələbələr iştirak ediblər.

Tədbirdə tələbələrin təhsil hüquqları, akademik azadlıqlar, ali təhsil müəssisələrində hüquq və vəzifələrin balansı, eləcə də milli və beynəlxalq hüquq normaları barədə ətraflı məlumat verilib. Eyni zamanda dənizçilərin əmək hüquqlarını tənzimləyən beynəlxalq konvensiyalar və bu sahədə mövcud hüquqi mexanizmlər müzakirə olunub.

Qeyd olunub ki, insan hüquqlarının qorunması və hüquqi mədəniyyətin inkişaf etdirilməsi istiqamətində keçirilən bu cür tədbirlər tələbələrin hüquqi savadlılığının artırılmasına, onların cəmiyyət həyatında daha fəal və məsuliyyətli vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.

Seminar çərçivəsində iştirakçılarla açıq müzakirələr aparılıb, onların sualları cavablandırılıb və hüquqi maarifləndirmənin əhəmiyyəti barədə fikir mübadiləsi həyata keçirilib.