Qızlarımızdan estetik idman performansı – FOTO

117

Zəriflik və gücün su üzərində harmoniyası bədii üzgüçülük üzrə qızlarımızın məşqləri intensiv şəkildə davam edir.

Denizxeber.az bildirir ki, məşqlər zamanı əsas diqqət hərəkətlərin sinxronluğu, su üzərində balans, elastiklik və musiqi ilə uyğun ritmin qorunmasına yönəldilir. İdmançılar həm fiziki hazırlıqlarını, həm də estetik ifadə bacarıqlarını təkmilləşdirirlər.

Bu hazırlıqların məqsədi bədii üzgüçülük üzrə beynəlxalq standartlara uyğun çıxışlar nümayiş etdirmək və ölkəmizi uğurla təmsil etməkdir.