Yeni uğurlar üçün ciddi hazırlıq – FOTO

112

Suya tullanma idman növü üzrə idmançılarımızın hazırlıq prosesi intensiv şəkildə davam edir. Məşqlər zamanı əsas diqqət texniki icra, bədən nəzarəti, suya giriş bucağı və sıçrayışın dəqiqliyinin artırılmasına yönəldilir.

Denizxeber.az bildirir ki, təlim prosesi çərçivəsində idmançılar müxtəlif hündürlüklərdən tullanmalar edərək həm fiziki hazırlıqlarını, həm də psixoloji dayanıqlılıqlarını gücləndirirlər. Məşq proqramı mərhələli şəkildə çətinləşdirilərək beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.

Məqsəd suya tullanma üzrə idmançıların yarışlara daha yüksək səviyyədə hazırlanması və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsidir.