Azərbaycan idmançısı yenidən zirvədə – FOTO

102

Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Boqdan Kurudz daha bir möhtəşəm uğura imza atıb.

Denizxeber.az bildirir ki, masters kateqoriyasında (35–39 yaş) mübarizə aparan idmançımız birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub və qızıl medal qazanıb.

Beləliklə, Boqdan Kurudz eyni çempionatda ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. O, bundan əvvəl 500 metr məsafəyə birnəfərlik kanoe yarışında da qızıl medal qazanaraq Avropa çempionu adına layiq görülmüşdü.

Bu nəticə Azərbaycan avarçəkmə idmanının beynəlxalq arenadakı uğurlarının davam etdiyini bir daha nümayiş etdirir.

Boqdan Kurudzu bu böyük nailiyyət münasibətilə təbrik edir, gələcək yarışlarda yeni qələbələr arzulayırıq!