Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Boqdan Kurudz növbəti uğura imza atıb.
Denizxeber.az bildirir ki, masters kateqoriyasında (35–39 yaş) yarışan idmançımız 500 metr məsafəyə birnəfərlik kanoe qayığında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb və Avropa çempionu adına layiq görülüb.
Bu möhtəşəm nəticə Azərbaycan avarçəkmə idmanının beynəlxalq arenadakı uğurlarına daha bir parlaq səhifə əlavə edib.
Qeyd edək ki, Boqdan Kurudz çempionat çərçivəsində 200 metr məsafəyə birnəfərlik kanoe yarışında da mübarizə aparacaq.
Təmsilçimizi təbrik edir, növbəti yarışlarda da uğurlar arzulayırıq!






