Pilotsuz aparat sahildə üzə çıxdı

86

Türkiyənin Bartın və Kastamonu vilayətləri arasında, Qara dəniz sahilində yerləşən Kapısuyu çimərliyində döyüş təchizatlı pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Denizxeber.az bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları çimərliyi boşaldıblar.

PUA-nın aşkarlandığı ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Hadisə yerinə pilotsuz uçuş aparatının araşdırılması və mümkün nəticələrin aradan qaldırılması üçün istehkamçılar çağırılıb.