Dənizçilik tarixinin ünvanı – VIDEO

86

“Suraxanı” gəmi-muzeyi medianın marağını cəlb etməkdə davam edir. Muzey bu dəfə “Mədəniyyət TV”nin diqqət mərkəzində olub.

Denizxeber.az bildirir ki, telekanalın “Səhər çağı” verilişi gəmi-muzeydən maraqlı reportaj hazırlayıb. Videomaterial “Suraxanı”nın zəngin ekspozisiyası haqda məlumat verməklə yanaşı, dünyanın ilk tanker muzeyini hələ də görməyənləri tez bir zamanda ziyarətə təşviq edir.