Milli üzgüçülər beynəlxalq yarışlara hazırlaşır

158

Üzgüçülük üzrə milli komandamız baş məşqçi Luka Qabrilonun rəhbərliyi altında yüksək motivasiya ilə növbəti beynəlxalq yarışlara hazırlıq prosesini davam etdirir.

Denizxeber.az bildirir ki, məşqlər çərçivəsində idmançıların sürət, dözümlülük və texniki göstəricilərinin artırılmasına xüsusi diqqət yetirilir. Hazırlıq proqramı fərdi yanaşma və intensiv su məşqləri ilə yanaşı, quru məşqlər və bərpa proseslərini də əhatə edir.

Komandanın əsas məqsədi beynəlxalq arenada daha güclü çıxış edərək ölkəmizi layiqincə təmsil etməkdir.