Dənizçilərin hüquqi bilikləri artırılır: Xəzər Dəniz Neft Donanmasında yeni layihə

109

ASCO-nun Xəzər Dəniz Neft Donanmasında əməkdaşların hüquqi biliklərinin artırılması məqsədilə tədbir təşkil olunub.

Denizxeber.az bildirir ki, ASCO-nun İdarə Heyəti sədrinin müşaviri Elvin Cəfərovun də qatıldığı görüşdə iştirakçıları Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi Röyal Hümbətov və Cinayət Axtarış bölməsinin rəisi Zöhrab Mayılov maarifləndiriblər. Onlar kibertəhlükələr, bank kartlarından vəsaitlərin oğurlanması, platforma və gəmilərdə qeydə alınan oğurluq halları, narkotik və psixotrop maddələrdən istifadənin doğurduğu hüquqi məsuliyyət, eləcə də bu kimi hüquqpozmalardan qorunma yolları barədə ətraflı məlumat veriblər.

İnteraktiv müzakirə şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, hüquqi maarifləndirmənin əhəmiyyəti və təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb.