ABŞ-dən İranla bağlı dəniz nəqliyyatına dair kritik gediş

73

ABŞ qüvvələri ölkə Prezidentinin göstərişinə uyğun olaraq, İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı tətbiq edilən blokadanı götürüb.

Denizxeber.az bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı rəsmi məlumatda deyilir. Sənəddə qeyd olunur ki, Amerika qüvvələri artıq gəmilərin Fars körfəzi və Oman körfəzindəki İran limanlarına daxil olmasına və ya oradan tranzit keçidinə maneə törətmir.

Mərkəzi Komandanlıqdan bildirilib ki, ABŞ-nin hərbi blokadanı təmin etmək səyləri dayandırılıb. Bununla belə, əldə olunmuş müqavilənin bütün aspektlərinə riayət olunmasını, şərtlərə tam əməl edilməsini və sənədin tam qüvvədə qalmasını təmin etmək məqsədilə ABŞ-nin böyük hərbi dəniz gəmiləri ümumi ərazidə qalmağa davam edəcək.