AZCON Holding və Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında kritik görüş – FOTO

87

“AZCON Holding”in icraçı direktoru Şahin Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal ilə görüş keçirib.

Denizxeber.az bildirir ki, görüş zamanı Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə “AZCON Holding” arasında gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı xüsusilə nəqliyyat və infrastruktur layihələri sahəsində fəaliyyət imkanları, eləcə də birgə təşəbbüslərin perspektivləri diqqət mərkəzində olub.