“AZCON Holding”in Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunan “Rəqəmsal körpü” təcrübə proqramının birinci sessiyasına uğurla yekun vurulub.
Denizxeber.az bildirir ki, layihəyə daxil olan 1000-dən çox müraciət arasından seçim mərhələlərini uğurla tamamlayan 108 iştirakçı xüsusi sertifikatlarla təltif edilib.
Bu ilin fevral–may aylarını əhatə edən proqram çərçivəsində gənclər 14 müxtəlif şirkətdə təcrübəyə cəlb olunublar. Onlar müvafiq sahələr üzrə mütəxəssislərlə birgə çalışmaq, peşəkar iş mühitini yaxından tanımaq, mentorluq dəstəyi almaq və rəqəmsal tədris platformalarından yararlanmaq imkanı əldə ediblər.








