Quruyan göldə möcüzəvi canlanma: Urmiyadan sevindirici ekoloji xəbər

65

Urmiya gölündə suyun ümumi həcminin ötənilki göstəricilərlə müqayisədə 18 dəfə artdığı bildirilir.

Denizxeber.az bildirir ki, bu barədə məlumatı “Fars” informasiya agentliyi Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Departamentinin rəisinin bəyanatına istinadən yayıb.

Rəsmi statistikaya görə, ötən ilin noyabr ayında göldə suyun həcmi cəmi 240 milyon kubmetr, sahəsi isə 456 kvadratkilometr təşkil edirdi. Agentliyin materialında vurğulanır ki, qeyd olunan rəqəmlərin mövcud vəziyyətlə müqayisəsi suyun həcmində 18 dəfəyə yaxın kəskin artımın olduğunu və gölün ekoloji vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını nümayiş etdirir.