İyunun 26–28-də Litvanın Trakay şəhərində akademik avarçəkmə üzrə 64-cü “Amber Oars” beynəlxalq reqatası keçiriləcək.
Denizxeber.az bildirir ki, ölkəmizi bu mötəbər yarışda beş idmançı – Ziya Məmmədzadə, Nurlan Paşayev, Azər İlyasov, İsabala Dadaşzadə və Murad Abbaslı təmsil edəcəklər. Komandamız yarışa baş məşqçi Volodimir Morozovun rəhbərliyi ilə yollanacaq.
Qeyd edək ki, “Amber Oars” beynəlxalq reqatası avarçəkmə idmanı üzrə ənənəvi və nüfuzlu yarışlardan biri hesab olunur.









