Şimali Koreya dəniz komponentli nüvə gücünü gücləndirir

55

Şimali Koreya 2030-cu ilədək həyata keçiriləcək milli müdafiənin inkişaf planı çərçivəsində hər il iki böyük döyüş gəmisinin hazırlanmasını nəzərdə tutur.

Denizxeber.az Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin lideri Kim Çen İn yeni 5 min tonluq “Çoe Hyon” esminesinin təhvil-təslim mərasimində bildirib. Onun sözlərinə görə, ölkənin donanmasının modernləşdirilməsi davam edir və nüvə silahları ilə təchiz olunma proqramı plan üzrə həyata keçirilir. Kim Çen İn hər il daha yüksəksinifli döyüş gəmilərinin, o cümlədən 10 min tonluq kreyserlərin hazırlanmasının vacibliyini vurğulayıb.

Yaxın vaxtlarda daha bir 5 min tonluq “Kanq Kon” esminesi də istismara veriləcək.