Əraqçıdan beynəlxalq koalisiyalara sərt mesaj!

66

İranın xarici işlər naziri Abbas Əraqçı Hörmüz boğazındakı vəziyyətə hər hansı kənar müdaxilənin gərginliyi daha da artıracağını və gəmiçiliyin bərpasına kömək etməyəcəyini bəyan edib.

Denizxeber.az bildirir ki, SNN agentliyinin məlumatına görə, nazir bu barədə iraqlı həmkarı Fuad Hüseynlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Əraqçı qeyd edib ki, son iki gecədə Hörmüz boğazında baş verən toqquşmalar kənar müdaxilələrin vəziyyəti daha da mürəkkəbləşdirdiyini göstərir. Onun sözlərinə görə, əgər bütün maneələr aradan qaldırılarsa və İran-ABŞ memorandumu üzrə öhdəliklərə əməl olunarsa, boğazda gəmiçilik 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qayıda bilər.

Xatırladaq ki, regionda vəziyyət olduqca gərgindir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) kommersiya gəmilərinə edilən hücumlara cavab olaraq İran ərazisinə zərbələr endirdiyini açıqlayıb. İranın SEPAH hərbi birləşməsi isə buna cavab olaraq ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi obyektlərini raket və PUA-larla vurduğunu bəyan edib.