2026-cı il iyunun 4-dən 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzi istiqamətində üzən “Natra” və “Zirkon” gəmiləri Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Denizxeber.az bildirir ki, hücum zamanı hər iki gəmidə ümumilikdə 25 azərbaycanlı dənizçi olub. Hadisə nəticəsində gəmilərə ciddi ziyan dəyib və yanğın baş verib.
Ağır zərbələr nəticəsində heyət üzvlərindən 4 azərbaycanlı dənizçi həlak olub. Gəmidə olan digər 21 nəfər isə həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sağ çıxarılıb. Xilas edilən dənizçilərə dərhal tibbi yardım göstərilib, xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.





