İran regionda təhlükəsizliyin təmin edilməsi məqsədilə Körfəz ölkələri ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bəyan edib.
Denizxeber.az bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı Bağdadda keçirdiyi rəsmi görüşlər zamanı bildirib.
Nazirin sözlərinə görə, Tehran xarici hərbi müdaxilədən uzaq, qarşılıqlı etimad və konsensus (ümumi razılıq) prinsiplərinə əsaslanan kollektiv təhlükəsizlik mexanizminin yaradılmasını dəstəkləyir.
Əraqçi, həmçinin qeyd edib ki, İran Hörmüz boğazı ilə bağlı öhdəliklərinə sadiq qalacaq, Oman və digər region ölkələri ilə əməkdaşlığı və dialoqu davam etdirəcək.





