Hörmüz boğazında mina təhlükəsi logistikanı iflic edir

52

Hörmüz boğazında atəşkəsin qüvvədə olmasına baxmayaraq, dəniz nəqliyyatının müharibədən əvvəlki səviyyəyə qayıtması minaların təmizlənməsi zərurəti səbəbindən bir neçə ay çəkə bilər.

Denizxeber.az bildirir ki, bu barədə “Financial Times” (FT) nəşrinin məlumatında qeyd olunub.

Yaponiyanın “NYK Line” gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa nəşrə bildiri b ki, bölgədə dəniz daşımalarının tam bərpası üçün uzun müddət tələb olunacaq. Onun sözlərinə görə, hazırda gəmiçilik marşrutları ciddi şəkildə məhdudlaşıb və gəmilər yalnız İranın Larak adası yaxınlığından və Oman sahilləri boyunca hərəkət edə bilir. Bölgədə dəniz nəqliyyatını təhlükəyə atan 80-ə yaxın minanın qaldığı ehtimal olunur.

Şirkət rəhbəri əlavə edib ki, gəmilər boğaza sərbəst daxil olub-çıxa bilsələr belə, daşıma həcmi bir müddət normal səviyyənin yarısından aşağı qalacaq.