Azərbaycanlı avarçəkən Litvada keçirilən 64-cü “Amber Oars” turnirinin qalibi olub – FOTO

128

Litvada akademik avarçəkmə üzrə keçirilən 64-cü ənənəvi “Amber Oars” beynəlxalq turnirində Azərbaycan idmançısı Nurlan Paşayev böyük uğura imza atıb.

Denizxeber.az bildirir ki, birnəfərlik qayıqda yüngül çəkili idmançıların yarışında mübarizə aparan təmsilçimiz bütün rəqiblərini geridə qoyaraq çempion olub. Bu nəticə ilə Azərbaycan yığmasının turnirdə qazandığı ilk medal qızıl əyarlı olub.

Qeyd edək ki, iyunun 26-dan 28-nə kimi Trakai şəhərində təşkil edilən “Amber Oars” beynəlxalq reqatası akademik avarçəkmə üzrə ənənəvi və ən nüfuzlu yarışlardan biri hesab olunur.