Fransa şirkətindən Hörmüz boğazı ilə bağlı bəyanat

85

Fransanın dəniz daşımaları nəhəngi “CMA CGM” şirkəti bu səhər “Galapagos” konteyner gəmisinin Hörmüz boğazından uğurla keçdiyini açıqlayıb.

Denizxeber.az-ın “Reuters” agentliyinə istinadən məlumatına görə, bu barədə şirkətin rəsmi bəyanatında bildirilir.

Gəmiçilik şirkəti qeyd edib ki, bu keçid mürəkkəb olaraq qalan və daim ayıq-sayıqlıq tələb edən regional kontekstdə mühüm bir mərhələdir. Şirkət rəsmiləri gəminin boğazdan çıxmasının təfərrüatları barədə əlavə şərh verməkdən imtina ediblər. Lakin açıqlamada o da dəqiqləşdirilib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri şirkətin ümumilikdə 10 gəmisi Fars körfəzi akvatoriyasında qalıb.