Köpəkbalıqları çimərlikləri zəbt ediblər – VİDEO

55

Rusiyanın Primorye diyarında köpəkbalıqları yerli çimərliklərdən birinə yaxınlaşıb.

Denizxeber.az “Shot” “Telegram” kanalına istinadən xəbər verir ki, turistlər arasında populyar olan Triozyerye körfəzində azı iki köpəkbalığı aşkarlanıb. Onlardan biri lövhə üzərində avar çəkən şəxsin tam yaxınlığında görülüb.

Sakinlər köpəkbalıqlarının ilk dəfədir sahilə bu qədər yaxın məsafədə göründüyünü və suda üzməkdən çəkindiklərini bildirirlər. Buna baxmayaraq, bölgədə çimərlik mövsümünün bağlanması hələlik nəzərdə tutulmur.

Mütəxəssislərin fikrincə, builki yay mövsümündə dəniz suyunun temperaturunun kəskin yüksəlməsi və tuna balığının artması köpəkbalıqlarının sahilə daha yaxın üzməsinə səbəb olub.