“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətində kadr dəyişikliyi

419

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin İctimaiyyətlə əlaqələr departamentinə yeni rəhbər təyin olunub. Bu vəzifə Nigar Ağayevaya həvalə edilib.

Denizxeber.az nocomment.az-a istinadən xəbər verir ki, Nigar Ağayeva bu təyinata qədər Dövlət Dəniz və Liman Agentliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.