İraqın 14 milyon barellik neft nəqli

64

Yaxın Şərqdəki münaqişə səbəbindən tədarükü gecikən təxminən 14 milyon barel İraq nefti Fars körfəzindən uğurla çıxarılıb. Bu, ABŞ və İran arasında əldə olunmuş atəşkəs rejimi fonunda Hörmüz boğazında gərginliyin azalması sayəsində mümkün olub.

Denizxeber.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin analitik məlumatlarına görə, İraq nefti daşıyan gəmilər iyunun ikinci yarısında (son 10 gün ərzində) Fars körfəzini tərk edərək Asiya, Avropa və ABŞ-dəki alıcılara doğru istiqamət alıb. Regiondan çıxarılan xam neftin həcmi qeyd olunan 10 günlük müddətdə sutkada orta hesabla 1,4 milyon barelə bərabər olub.