Hörmüz boğazı üzrə dəniz trafikinin statistik göstəriciləri məlum olub

67

Dörd gün ərzində Hörmüz boğazından yalnız 124 yük daşıyan gəmi keçib. Analitik məlumatları təhlil edən “Kpler” gəmiçilik araşdırmaları şirkəti bildirir ki, hazırda boğazdan dörd gün ərzində keçən gəmilərin sayı İran münaqişəsindən əvvəlki dövrlə demək olar ki, eyni səviyyəyə qayıdıb.

Denizxeber.az bildirir ki, “Kpler” şirkətinin statistikasına tankerlər, quru yük gəmiləri (toplu daşıyıcılar), həmçinin mayeləşdirilmiş təbii qaz (LNG) və mayeləşdirilmiş neft qazı (LPG) daşıyan xüsusi gəmilər daxil edilib. Konteyner gəmilərinin hərəkəti isə bu statistikada nəzərə alınmayıb.

Xatırladaq ki, daha əvvəl yapon gəmiçilik nəhəngi “NYK Line” Hörmüz boğazında dəniz nəqliyyatının müharibədən əvvəlki normal səviyyəyə tam qayıtmasının ərazidə qalan 80-ə yaxın minanın təmizlənməsi zərurəti səbəbindən bir neçə ay çəkə biləcəyini açıqlamışdı. Lakin son rəqəmlər boğazda yük axınının gözləniləndən daha sürətlə bərpa olunduğunu göstərir.