Rüsumla bağlı şayiələrə son qoyuldu!

92

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens Hörmüz boğazından keçən gəmilər üçün hər hansı rüsumun tətbiq edilməyəcəyinə tam əmin olduğunu bildirib.

Denizxeber.az bildirir ki, vitse-prezident rəsmi Vaşinqtonun bölgədəki proseslərə təsir imkanlarının hələ də kifayət qədər güclü olduğunu diqqətə çatdırıb. O, ABŞ-nin mövcud vəziyyətin öz strateji məqsədlərinə uyğun şəkildə həllinə nail olacağına inandığını vurğulayıb.

Cey. Di. Vens, həmçinin qeyd edib ki, ABŞ tərəfindən blokadanın ləğv edilməsindən sonra İran artıq dünya bazarına 40 milyondan çox barel neft ixrac edib.

Xatırladaq ki, bundan əvvəl “The New York Times” qəzeti Omanın ABŞ və digər Qərb ölkələrinə rəsmi təklif göndərdiyi barədə məlumat yaymışdı. Həmin təklifdə Hörmüz boğazından keçən ticarət gəmilərindən və dənizçilik şirkətlərindən xidmət haqqı qismində xüsusi rüsumların alınması nəzərdə tutulur.