Azərbaycan polisinin 108 illik şərəfli yolu – FOTO

185

Bu gün, iyulun 2-də Azərbaycan polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını qeyd edir. Bir əsrdən artıq şərəfli tarixə malik olan daxili işlər orqanları ötən dövr ərzində dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və vətəndaşların hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm xidmətlər göstərib.

Denizxeber.az bildirir ki, Azərbaycan polisinin keçdiyi tarixi inkişaf yolu fədakarlıq, yüksək peşəkarlıq və Vətənə sədaqət nümunəsi kimi dəyərləndirilir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə, Daxili İşlər Nazirliyinin tərkibində yaradılan ilk polis orqanları müstəqil dövlətimizin milli maraqlarının və daxili təhlükəsizliyinin qorunmasında müstəsna rol oynayıb. Sonrakı tarixi mərhələlərdə daxili işlər orqanları struktur cəhətdən təkmilləşərək inkişaf edib, cinayətkarlığa qarşı mübarizə və hüquq-mühafizə sisteminin gücləndirilməsi sahəsində zəngin təcrübə və möhkəm maddi-texniki baza formalaşdırıb.

Bu əlamətdar gündə ictimai asayişin və daxili sabitliyin keşiyində dayanan, vətəndaşların təhlükəsizliyi naminə gecə-gündüz fədakarlıqla çalışan bütün daxili işlər orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirik!