Yelkən idmanı üzrə yay məktəbi uğurla davam edir. Təlimlər çərçivəsində gələcəyin çempionları peşəkar məşqçilərin rəhbərliyi altında su idmanı növlərinin sirlərini və incəliklərini böyük həvəslə öyrənirlər.
Denizxeber.az bildirir ki, uşaq və yeniyetmələrin fiziki inkişafına, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə yönələn bu yay məktəbi ölkəmizdə yelkən idmanının kütləviliyinin artırılmasına və yeni istedadların vaxtında üzə çıxarılmasına mühüm töhfə verir.








