3 İyul – Beynəlxalq Polietilen Paketdən İmtina Günüdür. Təəssüf ki, hər il dünyada milyonlarla polietilen paket dəniz və okean sularına qarışaraq həm sualtı canlıların həyatına birbaşa zərər vurur, həm də dayanıqlı dəniz nəqliyyatının təhlükəsizliyi üçün ciddi ekoloji risklər yaradır.
Denizxeber.az ASCO-ya istinadən bildirir ki, bu səbəbdən dəniz mühitinin qorunması fəaliyyətimizin ən ayrılmaz hissələrindən birini təşkil edir və daha təmiz, təhlükəsiz dəniz ekosistemi naminə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirilir.
Gələcək nəsillərə daha təmiz sular ötürmək və mavi planetimizi qorumaq üçün hər birimizi polietilen paketlərdən imtina etməyə və dənizlərimizi qorumağa çağırırıq.





