Azərbaycan növbəti qlobal ekoloji sazişə imza atır

73

Azərbaycan “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulacaq.

Denizxeber.az bildirir ki, “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi Millə Məclisə daxil edilib.

Qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə edilib, plenar iclasa tövsiyə olunub.

Məqsəd ətraf mühitin qorunmasıdır. Məlumat üçün bildirək ki, Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən 2004-cü ildə qəbul edilən və 8 sentyabr 2017-ci ildə qüvvəyə minən bu Konvensiya, gəmilərin ballast suları vasitəsilə invaziv su orqanizmlərinin və patogenlərin başqa ekosistemlərə daşınmasının qarşısını almaq məqsədi daşıyır. Sənəd dəniz mühitinin və biomüxtəlifliyin qorunmasına xidmət edir.