Dövlət Dəniz və Liman Agentliyində növbəti görüş – FOTO

203

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) tanker tipli gəmilərdə idarəetmə səviyyəsində çalışan dənizçilərlə növbəti işgüzar görüş keçirilib. Görüş çərçivəsində dənizçiləri maraqlandıran suallar cavablandırılıb və sahə üzrə mühüm mövzular ətrafında geniş müzakirələr aparılıb.

Denizxeber.az bildirir ki, Agentlikdən verilən məlumata görə, görüşün əsas məqsədi beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyətlərinin bütövlükdə yerli dənizçilərlə komplektləşdirilməsi istiqamətində mövcud imkanların və perspektivlərin qiymətləndirilməsi olub. Tədbirdə dəniz nəqliyyatı sahəsində milli kadr potensialının gücləndirilməsi, Azərbaycan dənizçilərinin beynəlxalq tələblərə uyğun peşə hazırlığının artırılması, eləcə də onların yerli və qlobal gəmiçilik sektorunda məşğulluq imkanlarının genişləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub.