Ulduzların naviqasiyadakı əvəzolunmaz rolu

225

Ulduzların naviqasiyadakı əvəzolunmaz rolu

Müasir naviqasiya sistemlərinin olmadığı dövrlərdə dənizçilər istiqaməti müəyyənləşdirmək üçün göy cisimlərini müşahidə edirdilər. Bunun üçün istifadə olunan ən mühüm alətlərdən biri Devis kvadrantı idi.

Bu naviqasiya qurğusu Günəşin və digər göy cisimlərinin dəniz səviyyəsindən hündürlüyünü ölçməyə imkan verirdi. XVI əsrdə ixtira edilmiş Devis kvadrantı XVIII əsrin sonlarınadək geniş istifadə olunub.

“Suraxanı” gəmi-muzeyində sərgilənən Devis kvadrantı günümüzə gəlib çatan nadir nümunələrdən biridir. Məlum olan digər nümunə isə Qrinviçdə yerləşən Milli Dəniz Muzeyində qorunur.

Bu dəyərli eksponatı “Suraxanı” gəmi-muzeyinin “Naviqasiya və kommunikasiya” zalında yaxından görə bilərsiniz.

Hollandiya

1740-cı il

Fil sümüyü, dəmir ağacı, armud ağacı, dəmir və mis

36,5 × 63,5 sm