Qırmızı dənizdə 3 aylıq əsarət sona çatdı

65

On beş nəfər yəmənli balıqçı Eritreya hakimiyyəti tərəfindən saxlanıldıqdan üç ay sonra azad edilib.

Denizxeber.az bildirir ki, “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, balıqçılar Yəmənin qərbindəki əl-Hudeydə vilayətinin əl-Xuxə qəsəbəsinə gəliblər.

Azad olunan balıqçıların sözlərinə görə, onlar beynəlxalq və Yəmənin ərazi sularında balıq ovladıqları zaman saxlanılıblar. Onlar Eritreyanın qanunsuz şəkildə ölkənin ərazi sularına daxil olmaları barədə iddialarını rədd edərək, qayıqlarının və minlərlə dollar dəyərində balıqçılıq avadanlığının müsadirə edildiyini bildiriblər.

Qeyd olunur ki, bu, yəmənli balıqçıların Eritreya qüvvələri tərəfindən saxlanılması ilə bağlı ilk hadisə deyil.