AZƏRBAYCAN DƏNİZÇİLƏRİNƏ ÇAĞIRIŞ

907

Əziz həmkarlarımız, hörmətli Azərbaycan dənizçiləri!

Dəniz bizi birləşdirən peşəmizdir. Bu gün isə bizi birləşdirən daha böyük bir dəyər var – həyatımız və təhlükəsizliyimiz.

Biz dənizçilər peşəmizi seçərkən dənizin sərtliyini, uzun ayrılıqları və çətin iş şəraitini qəbul etmişik. Ancaq heç birimiz silahlı münaqişələrin hədəfinə çevrilmək üçün bu peşəni seçməmişik.

Son dövrlərdə dünyanın müxtəlif bölgələrində mülki ticarət gəmilərinə qarşı pilotsuz uçuş aparatları (PUA), raket və digər silahlı hücumların sayı sürətlə artmaqdadır. Təəssüf ki, bu hücumların qurbanları hərbçilər deyil, ailəsinə sağ-salamat qayıtmaq arzusu ilə çalışan günahsız dənizçilərdir.

Biz mülki dənizçilərik.

Biz silahlı münaqişələrin tərəfi deyilik.

Biz dünya ticarətinin, ərzaq, enerji, tibbi ləvazimatların və humanitar yüklərin fasiləsiz daşınmasını təmin edirik.

Buna baxmayaraq, hər gün minlərlə dənizçi öz peşə borcunu yerinə yetirərkən həyatını riskə atır. Mülki ticarət gəmilərinə qarşı həyata keçirilən hücumlar beynəlxalq dəniz hüququnun, beynəlxalq humanitar hüququn və fundamental insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

“Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi olaraq bütün Azərbaycan dənizçilərinə müraciət edirik.

Bu gün həmrəyliyimiz hər zamankından daha vacibdir.

Səsimizi birlikdə beynəlxalq ictimaiyyətə çatdırmaq hər birimizin mənəvi məsuliyyətidir.

Bunun üçün hazırlanmış müraciət nümunəsini öz məlumatlarınızla tamamlayaraq aşağıda göstərilən beynəlxalq təşkilatlara göndərməyinizi xahiş edirik.

Bunun üçün cəmi bir neçə dəqiqənizi ayırmağınız kifayətdir:

✔ Aşağıdakı müraciət mətnini kopyalayın.

✔ Öz adınızı, soyadınızı, vəzifənizi və xidmət etdiyiniz gəminin adını əlavə edin.

✔ Məktubu göstərilən elektron poçt ünvanlarına göndərin.

Müraciət aşağıdakı ünvanlara göndərilməlidir:
International Maritime Organization (IMO)
United Nations – Office of the High Commissioner for Human Rights (OHCHR)
International Transport Workers’ Federation (ITF)
E-poçtun mövzusu (Subject):
URGENT: Appeal for the Protection of Merchant Vessels and Civilian Seafarers
MÜRACİƏT NÜMUNƏSİ

Aşağıdakı mətni kopyalayaraq yalnız öz məlumatlarınızı əlavə edin və göndərin.

To: International Maritime Organization (IMO) – Maritime Safety Committee

Cc: United Nations (UN) – Office of the High Commissioner for Human Rights (OHCHR)

Cc: International Transport Workers’ Federation (ITF)

Subject: URGENT: Appeal for the Protection of Merchant Vessels and Civilian Seafarers

Dear Representatives of the International Maritime Organization, the United Nations and the International Transport Workers’ Federation,

I, [FULL NAME], serving as [RANK / POSITION] on board [VESSEL NAME], respectfully express my deep concern regarding the increasing drone, missile and other armed attacks against civilian merchant vessels and innocent seafarers.

As civilian seafarers, we are not parties to armed conflicts. Every day we ensure the uninterrupted transportation of food, energy, medical supplies and humanitarian cargoes that are essential for millions of people around the world. Our profession is civilian in nature and plays a vital role in maintaining global trade and supply chains.

However, the growing number of attacks against merchant vessels has created an unacceptable level of risk for innocent seafarers. These attacks threaten lives, disrupt international trade and undermine the principles of international maritime law, international humanitarian law and fundamental human rights.

I respectfully call upon the International Maritime Organization (IMO), the United Nations (UN), the International Transport Workers’ Federation (ITF) and all relevant international institutions to:

  • Publicly condemn all attacks against civilian merchant vessels and seafarers;
  • Strengthen international protection measures in high-risk maritime areas;
  • Develop additional international safety protocols for civilian merchant vessels and their crews;
  • Ensure that those responsible for attacks against civilian merchant vessels are held accountable in accordance with international law.

Seafarers are not combatants.

We are professionals dedicated to serving global trade and humanity.

Every seafarer deserves the right to work in safety and return home to their family.

I sincerely urge the international community to take immediate and effective action to strengthen the protection of merchant vessels and civilian seafarers worldwide.

Respectfully,

Full Name:             

Rank / Position:                 

Vessel Name:           

Company:                 

Nationality:            

E-mail:

Signature:

Date:            

Hörmətli həmkarlar,

Hər bir fərdi müraciət beynəlxalq təşkilatlara dənizçilərin təhlükəsizliyi ilə bağlı ortaq narahatlığımızı çatdıran mühüm bir səsdir. Bu gün göndərəcəyiniz bir məktub sabah mülki dənizçilərin müdafiəsinin gücləndirilməsi istiqamətində atılacaq addımlara töhfə verə bilər.

Bu çağırış yalnız bir təşkilatın deyil, hər bir Azərbaycan dənizçisinin çağırışıdır. Çünki biz eyni dənizin insanlarıyıq.

Bir olaq. Səsimizi birlikdə çatdıraq.


Dənizçilər müharibənin iştirakçısı deyillər. Dənizçilər təhlükəsiz işləmək hüququna malikdirlər.

Hörmətlə,

İlham Rafiq oğlu Nəsirov

“Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri Tel.: +994 55 226 48 99

E-mail: info@adib.az

Veb-sayt: www.adib.az